Gəncə Şəhər İcra Hakimiyyətində erməni terrorundan zərər çəkən sakinlərlə görüş keçirilib. Bu haqda qurumun Facebook səhifəsində 2 dekabr tarixində məlumat paylaşılıb.
Görüşdə İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri, habelə hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Görüş zamanı fərdi yaşayış evi və mənzillərində bərpa, təmir-tikinti işləri həyata keçirilən vətəndaşlar dinləniliblər. Sakinləri narahat edən məsələlərə aydınlıq gətirilib və onları maraqlandıran suallar cavablandırılıb.