Gəncədə erməni terroru nəticəsində zədələnmiş binanın sakinləri tikilinin yaşayış üçün yararsız vəziyyətdə olmasından narazıdır. Bu haqda Oxu.az-a istinadən xəbər veririk.
Sözügedən bina Cavad bəy Şıxlinski küçəsində yerləşir. Orada 10-a yaxın ailə qalır.
Sakinlərin sözlərinə görə, bina 1927-ci ildə inşa olunub. Vətən müharibəsi zamanı erməni terroru nəticəsində tikili ciddi şəkildə zədələnmişdir. Hazırda isə onun uçmaq təhlükəsi var.
Məsələ ilə bağlı Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi Müseyib Valehov bildirib ki, bina sakinləri tərəfindən onlara heç bir rəsmi müraciət daxil olmayıb.
[caption id="attachment_8709" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_8710" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_8711" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_8712" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_8713" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_8714" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]