Gəncədə "Düşünən oxucu" müsabiqəsinin məktəb mərhələsi yekunlaşıb. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin saytında məlumat dərc edilib.
Müsabiqə çərçivəsində şagirdlər "Oxu ədəbiyyatı siyahısı"ndan bir əsəri oxuyaraq videotəqdimat hazırlayıblar. Maksimum 5 dəqiqə olan videotəqdimatda məktəbli bədii əsərin mövzu və ideyasını təhlil etməli olub.
Qeyd edək ki, müsabiqənin rayon mərhələsi 24 yanvar - 7 fevral tarixlərində bölgələrdə həyata keçiriləcək.