Gəncədə budanmış ağac budaqları yığışdırılmır. Bu haqda Gencexeber.az-a 10 yanvar tarixində məlumat daxil olub.
Bu vəziyyət Gəncə Dövlət Universitetinin 2-ci korpusunun yaxınlığında Azərbaycan Bayrağı küçəsində müşahidə olunur. Burada zibil qutularının yanında quru budaqlar görmək olar. Sakinlərin sözlərinə görə, ağaclar bir neçə gün öncə budanıb, lakin qalıqlar yığışdırılmır.