Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Gencexeber.az 20 noyabr tarixində Report.az-a istinadən məlumat verir.
Hadisə şəhərin Məhsəti qəsəbəsinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə 57 yaşlı Fəxrəddin Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.