Gəncə şəhəri Nizami prospektində kanalizasiya borusunun təmiri məqsədilə işlər görülür. Bu haqda Gencexeber.az-a yanvarın 4-ü məlumat daxil olub.
Kommunal qəza köhnə Şəmkir avtovağzalının yanında qeydə alınıb. Sözügedən əraziyə Azərsu ASC-nin əməkdaşları və texnika cəlb olunub.
Xatırladaq ki, buradan təxminən 150 metr məsafədə kanalizasiya xəttinin təmiri haqda məlumat vermişdik.