Gəncədə psixologiya üzrə təlim keçirilib. Bu haqda 1 fevral tarixində Gənclər Evi məlumat paylaşıb.
"Art-terapiya - rənglərlə düşüncələr gənclərin gözündə" adlı təlim Gənclər Gününə həsr olunub. Seminar kursun rəhbəri Günel Hüseynli tərəfindən keçirilib. 10-a yaxın gəncin qatıldığı təlim ödənişsiz şəkildə təşkil olunub. Onlar mandala rəsmlərini rəngləyiblər.
Qeyd edək ki, Gəncə Gənclər Evində mütəmadi olaraq ödənişsiz təlimlər təşkil olunur.