Gəncədə küçələrin asfaltlanma işləri davam edir. Bu haqda Gencexeber.az-a 21 iyun tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Gülüstan qəsəbəsində aparılır. Əziz Əliyev prospektində avtomobil yoluna asfalt örtüyünün salınması prosesi başlayıb.
Küçənin bir hissəsi asfaltlanıb. Lakin işlər yağmurlu hava səbəbindən müvəqqəti olaraq dayandırılıb.