Bir neçə gün öncə işıqlandırdığımız problem həllini tapıb. Bu haqda Gencexeber.az-a 14 yanvar tarixində məlumat daxil olub.
Sözügedən problem şəhərin Firdovsi küçəsində müşahidə edilmişdi. Vaxtı ikən küçəyə işıq dirəkləri quraşdırılmasına baxmayaraq, ərazi işıqlandırılmırdı. Hazırda isə küçədəki işıq dirəkləri tam olaraq sakinlərin istifadəsinə verilib.
Sakinlər tez bir zamanda şəhərin digər işıqsız guşələrinin də aydınlığa çıxacağına ümid edirlər.