Gəncədə konsert proqramı təşkil olunacaq. Bu haqda 26 yanvar tarixində Fikrət Əmirov adına Gəncə Kamera Orkestrinə istinadən məlumat veririk.
Tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Rafael Bayramovun rəhbərlik etdiyi Kamera Orkestri çıxış edəcək. Konsert 3 fevral tarixində saat 18:00-da başlayacaq.
Solistlər Sevinc İbrahimova, Kamalə Tağızadə, Mehparə Cəfərova, Elmir Pişnamaz-zadə, Əli Əliyev, Rüstəm Cəfərov, Vasif Bayramov, Qorxmaz İslamov, Miri Alidirlər.
Qeyd edək ki, biletləri filarmoniyanın kassasından əldə etmək olar.