Gəncədə LOR həkimi ödənişsiz müayinələr keçirəcək. Bu haqda 2 fevral tarixində Gəncə Beynəlxalq Xəstəxanasına istinadən məlumat veririk.
Tibbi aksiya 6, 7 və 8 fevral tarixlərində baş tutacaq. LOR, estetik cərrah, doktor Hüseyn Məmmədov pasiyentləri pulsuz qəbul edəcək.
Həkim tərəfindən aşağıdakı xidmətlər göstərilir:
- Estetik Rinoplastika (xarici burun deformasiyasının aradan qaldırılması);
- Funksional Rinoplastika (burun tənəffüsü və estetik görüntünün bərpası);
- Septoplastika (burun çəpər əyriliyinin aradan qaldırılması);
- Vazotamiya (aşağı burun balıq qulaqlarının kiçildilməsi);
- Tonzillektomiya (damaq badamcıqlarının götürülməsi);
- Adenotomiya (adenoid hiperplaziyasının götürülməsi);
- Qulaq balonunun tətbiqi (eksudativ otitin müalicəsi) və s.
Müayinələrə yazılmaq və ətraflı məlumat əldə etmək üçün qeyd edilən nömrələrlə əlaqə saxlamaq olar:
- (022) 303;
- (022) 255 38 38;
- (022) 255 83 83;
- (055) 500 71 00 (WhatsApp).