Gəncədə Xalq artistinin yubileyi münasibətilə konsert baş tutub. Bu haqda Gencexeber.az-a 6 fevral tarixində məlumat daxil olub.
Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, dirijor Rafael Bayramovun 70 illik yubileyi qeyd edilib. O, Azərbaycan musiqisinin inkişafında, onun təbliğində misilsiz xidmətlər göstərib.
Yubiley tədbirində Xalq artisti rəhbərlik etdiyi Kamera Orkestri ilə birgə konsert proqramı ilə çıxış edib. Filarmoniyanın solistləri xalq və bəstəkar mahnıları ifa ediblər. Sonra Rafael Bayramova həsr edilən videoçarx nümayiş olunub. Gəncə şəhər rəhbərliyi tərəfindən xalq artistinə Təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.