Gəncədə prospektlərin birində qazıntı işləri aparılır. Bu haqda Gencexeber.az-a 26 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Heydər Əliyev prospektindən gedir. Burada yerləşən binaların su və kanalizasiya sistemləri ilə təchiz edilməsi üzrə işlərə başlanılıb. Əraziyə “Maqro” şirkətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Prospektin bir hissəsi qazılaraq boruların yerləşdirilməsi üçün cığır hazırlanıb.
Bildirilib ki, işlər tamamlandıqdan sonra avtomobil yoluna asfalt örtüyü salınacaq.
[modula id="41456"]