Gəncədə küçələrin birində asfalt örtüyü təmir olunacaq. Bu haqda Gencexeber.az-a 17 iyul tarixində məlumat daxil olub.
Söhbət şəhərin Pərviz Səmədov küçəsindən gedir. Adıçəkilən əraziyə məsul şirkətin canlı qüvvəsi və texnikası cəlb olunub. Burada avtomobil yolunun yararsız hala düşmüş hissəsi qaşınır.
Daha sonra yol səthi bərabərləşdiriləcək və həmin ərazilərə asfalt örtüyü salınacaq.