Gəncədə bəzi binalar sakinlər üçün təhlükə yaradırlar. Bu haqda Gencexeber.az-a 24 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospekti, 265 ünvanından gedir. Burada yerləşən binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olduğunu bildirirlər. Onlar bu halın həyatları üçün təhlükəli olduğunu deyirlər.
Blokun divarları, tavanları və pilləkənləri çatlayıb. Orada beton parçalar tökülür. Sakinlər binanın əsaslı təmir olunmağını arzulayırlar.
“Bloka girəndə stres keçiririk ki, indi başımıza nəsə düşəcək. Uşaqları tək buraxmağa qorxuruq. Bu blok neçə illərdir belə vəziyyətdədir. Dəfələrlə müvafiq qurumlara müraciət etsək də, məsələ həllini tapmayıb”, - deyə sakinlər bildiriblər.