Gəncədə yeni işıqfor qoyulub. Bu haqda Gencexeber.az-a 9 fevral tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nəriman Nərimanov prospekti ilə Ərdəbil küçəsinin kəsişməsindən gedir. Burada silinmiş piyada zolağının yanında işıqfor quraşdırılıb. Bu hal piyadaların məmnunluğuna səbəb olub.
Qeyd edək ki, adıçəkilən ərazinin yaxınlığında 9 və 11 nömrəli məktəblər yerləşir.