Gəncədə şəhər rəhbərliyi xarici qonaqlarla görüşüb. Bu haqda 4 avqust tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov polşalı turistlərlə qarşılaşıb. O, Polşadan yurdumuza gələn qonaqlarla söhbət edib, onların şəhərimiz barədə olan fikirlərini öyrənib.
Turistlər şəhərimizin özünəməxsus ab-havası olduğunu, tarixi abidələri və müasir tikililəri ilə diqqət çəkdiyini bildiriblər.