Gəncədə kəsişmələrin birində işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 31 iyul tarixində məlumat daxil olub.
Sözügedən hal şəhərin Nizami Gəncəvi prospekti ilə Hacı Əli Hüseynzadə küçəsinin kəsişməsində müşahidə olunur. Sakinlərin sözlərinə görə, ərazidə yerləşən 4 hərəkət tənzimləyicisi ikinci gündür fəaliyyət göstərmir. Bu hal həm piyada, həm də sürücülərin narahatlığına səbəb olub. Onlar qəza şəraitinin yarandığını bildirirlər.
Qeyd edək ki, burada 6 nömrəli tam orta məktəb yerləşir.