Gəncədə kanalizasiya quyuları bir sıra çətinliklər yaradır. Bu haqda Gencexeber.az-a 18 fevral tarixində məlumat daxil olub.
Bu hal “Bala Bağman” adlanan ərazidə müşahidə olunur. Burada küçə boyunca lüklər asfalt örtüyündən ya aşağıda, ya da yuxarıda yerləşir. Belə vəziyyət sürücülər üçün çətinlik yaradır.
Onlar quyulara düşməmək və ya avtomobilin altı dəyməsin deyə kanalizasiya quyularından yayınmağa çalışırlar. Bəzi hallarda isə bu qəzalarla nəticələnir.
Qeyd edək ki, bu hal bir çox ərazilərdə təkrarlanır.