top
Bu gün üç şəhidimizin mövlududur
12 noyabr 2023, 12:00
- ↺ +

Bu gün üç şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhidlər Zakir Məmmədov, Rafiq Dəmirov və Əsgər Mərdanovun doğum günüdür.

Zakir Əlirza oğlu Məmmədov 12 noyabr 1958-ci il tarixində Gəncədə anadan olub. 38 saylı orta məktəbi bitirib. Daha sonra 15 saylı texniki-peşə məktəbində təhsil alıb.

1978-ci ildə Minskdə həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra 10 il müddətində Gəncə Toxuculuq kombinatında mühəndis işləyib. Dəfələrlə müəssisənin rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülüb.

1992-ci ildə səfərbərliyə alınıb. “Goran” poliqonunda təlim keçib, sonra Hacıkəndə göndərilib. “Gülüstan” əməliyyatında Erçəç, Mənəş, Buzluq, Başkənd, Gülüstan kəndlərinin azad olunmasında və Laçın rayonunun Büloylu, Əliqulu, Pircahan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.

O, 21 iyul 1992-ci ildə Ağdərənin Levonarx kəndində 32 nəfərlə birgə mühasirəyə düşsə də, fövqəladə mərdlik göstərərək xilas olunub. Qəhrəmanlığına görə hərbi hissənin Fəxri Fərmanına layiq görülüb.

Zakir Əlirza oğlu Məmmədov 4 sentyabr 1993-cü ildə Gülüstan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

İki gün sonra şəhidimiz Gəncə Şəhidlər xiyabanında dəfn olunub. Oxuduğu məktəbdə onun şərəfinə xatirə bulağı düzəldilib. Zakirin döyüş fəaliyyəti ilə bağlı “Gəncənin səsi” qəzetində “Ölüm sevinməsin” adlı məqalə dərc edilib.

Rafiq Dəmir oğlu Dəmirov 12 noyabr 1966-cı ildə Gəncədə anadan olub. 44 saylı orta məktəbin 8-ci sinfini bitirib. Sonra 38 saylı orta texniki-peşə təhsilli məktəbdə oxuyub. Ali təhsil almaq üçün Xarkov şəhərinə gedib. Lakin 1992-ci ilin fevral ayında Xocalı faciəsindən xəbər tutub və Vətənə qayıdıb. O, könüllü olaraq döyüşə yollanıb.

Laçın, Turşsu, Güləbird, Şuşanın Kosalar və Nəbilər bölgələrində, Cəbrayıl və Hadrut rayonunun Sur və Şaqah yüksəkliklərində döyüşüb. O, pulemyotçu olub.

Rafiq Dəmir oğlu Dəmirov 30 iyun 1992-ci ildə Cəbrayıl rayonunun Sur kəndi yaxınlığında minaya düşərək şəhidlik zirvəsinə ucalıb.

Əsgər İslam oğlu Mərdanov 12 noyabr 1986-cı ildə Qərbi Azərbaycanın Böyük Ayrım kəndində anadan olub. 1987-ci ildə valideynləri ilə birlikdə Gəncəyə gəlib. 24 saylı orta məktəbi bitirib. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yerquruluşu və torpaq müfəttişliyi ixtisasında təhsil alıb.

O, 15 iyul 2008-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Füzuli rayonunun Əbdülrəhmanlı kəndində xidmət etməyə başlayıb.

Əsgər İslam oğlu Mərdanov 19 fevral 2009-cu ildə şəhidlik zirvəsinə ucalıb. Bir gün sonra isə Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:15

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Dünən, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Dünən, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Dünən, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Dünən, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
07 noyabr 2026, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
07 noyabr 2026, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
07 noyabr 2026, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
07 noyabr 2026, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
07 noyabr 2026, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
07 noyabr 2026, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
07 noyabr 2026, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
07 noyabr 2026, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
07 noyabr 2026, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Oxşar xəbərlər