Bu gün l Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış igidimizin doğum günüdür.
Həsənov Fətulla Sabir oğlu 1960-cı il fevralın 13-də Gəncə şəhərində anadan olub. O, 42 saylı orta məktəbi bitirib. Fətulla Milli Ordu yaranan ilk günlərdən əsgərliyə yollanıb.
Fətulla Həsənov ermənilərə qarşı nifrət hissi ilə yaşayıb. O, Çaykənd, Tərtər, Ağdərə bölgələrində gedən ağır döyüşlərdə fəal iştirak edib. Xidmət etdiyi 703 saylı hərbi hissədə özünə böyük hörmət qazanıb.
İgidimiz Fətulla Sabir oğlu Həsənov 1994-cü il yanvarın 7-də Ağdərə bölgəsində şəhidlik zirvəsinə ucalıb.