top
Bu gün 3 soydaş şəhidimizin mövlududur
12 avqust 2023, 12:28
- ↺ +

Bu gün 3 soydaş şəhidimizin mövlududur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün 3 şəhidimizin doğum günüdür.

Asəf Ağası oğlu Məmmədov 12 avqust 1955-ci ildə Gəncədə anadan olub, 39 saylı orta məktəbi bitirib. 1973-75-ci illərdə Ukraynada hərbi xidmətdə olub. Daha sonra çilingər və sürücü işləyib, ailə həyatı qurub.

O, iyulun 25-i 1992-ci ildə  səfərbərliyə alınıb. İlk döyüş yoluna Cəbrayıldan başlayıb. Bölük komandiri kimi xidmət edib.

Avqustun 15-də Asəf Məmmədov Şiştəpə uğrunda 8 saata qədər davam edən döyüşdə xeyli düşmən məhv edib. Döyüşün sonuna yaxın Asəf ayağından yaralanıb. Son anda o, iki quldurla üz-üzə gəlib. Onların birini öldürüb. Digəri ilə olan döyüşdə isə həlak olub.

Asəf Ağası oğlu Məmmədov 1992-ci ildə Şiştəpə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

İlham Məcid oğlu Məmmədov avqustun 12-də  1969-cu ildə Gəncədə anadan olub, 39 saylı məktəbi bitirib. Ali təhsilini 1986-cı ildə Texnologiya İnstitutunda alıb. Leninqradda hərbi xidmətdə olarkən radiasiya və kimyəvi kəşfiyyat tağımında baş kimyaçı vəzifəsində xidmət edib. Alüminium zavodunda işləyib. Yanvarın 6-da könüllü olaraq, Milli Ordu sıralarına yazılıb. Ağdərə döyüşlərində fəal iştirak edib.

İlham Məcid oğlu Məmmədov martın 6-sı 1993-cü ildə Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

39 saylı məktəbdə, Texnologiya Universitetində və Alüminium zavodundakı şəhidlərin xatirə guşəsində İlham Məmmədov üçün xüsusi yer ayrılıb. Yaşadığı binanın qarşısında «Yadigar bulağı» tikilib. Bulağın yanındakı kiçik torpaq sahəsində 24 qızıl gül kolu əkilib. Bu, İlhamın 24 yaşında vəfatına işarədir.

Anar Qəhrəman oğlu Məmmədov 12 avqust 1995-ci ildə Gəncə şəhərində doğulub, 6 nömrəli tam orta məktəbi bitirib.

2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində oxuyub. 2017-2019-cu illərdə ADAU-da “Vergi və vergiqoyma” ixtisası üzrə təhsil alıb. 2019-cu ildə hərbi xidmətdə olub.

Anar Məmmədov 2020-ci ildə Vətən müharibəsi döyüşlərinə qatılıb. O, Tərtər rayonunun Suqovuşan kəndi, Füzuli və Cəbrayıl rayonlarının, Daşaltı kəndinin və Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak edib.

Anar Qəhrəman oğlu Məmmədov 9 noyabr 2020-ci il tarixində Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Şəhidimiz 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Prezidentimiz tərəfindən  “Vətən uğrunda”,  “Cəsur döyüşçü”,  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:15

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə su xətləri çəkildi, sürücülər çətin vəziyyətə düşdü

Bütün xəbərlər
Dünən, 15:57

Gəncə qapısı: Şuşanın Zəfər tağı

Bütün xəbərlər
Dünən, 15:28

Gəncədə Zəfər Günündə şəhidlərin xatirəsi ehtiramla yad edilib

Bütün xəbərlər
Dünən, 14:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
Dünən, 14:48

Unudulmaz gəncəli aktrisanın anım günüdür

Bütün xəbərlər
Dünən, 12:25

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 18:06

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

Bütün xəbərlər
07 noyabr 2026, 17:34

Toyda "Qarabağ" - "Turan Tovuz" matçı izləndi

Bütün xəbərlər
07 noyabr 2026, 16:38

Gəncədə zibillənmiş ərazilərdə səliqə-səhman yaradılıb

Bütün xəbərlər
07 noyabr 2026, 16:03

Gəncənin iki futbol klubu görüşəcək

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Gəncədə aşmaqda olan dirək GÖTÜRÜLDÜ

Bütün xəbərlər
07 noyabr 2026, 14:18

Sabah Gəncədə yağış yağacaq

Bütün xəbərlər
07 noyabr 2026, 13:31

Gəncədə Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək

Bütün xəbərlər
07 noyabr 2026, 13:12

Turistlər Gəncəni də seçir – TOP-10-da sonuncu pillə

Bütün xəbərlər
07 noyabr 2026, 12:24

Gəncənin bir sıra küçələrində işıqlandırma problemi aradan qaldırılıb

Bütün xəbərlər
07 noyabr 2026, 11:46

Gəncə güləşçisi Qazaxıstanda rəqib TANIMADI

Bütün xəbərlər
07 noyabr 2026, 10:36

Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 10:17

19 yaşlı oğlan digər gənci bıçaqladı

Bütün xəbərlər
07 noyabr 2026, 09:48

Gəncədə park və məhəllələrə 4,5 milyon manat xərclənəcək

Oxşar xəbərlər