Gəncədə yaşayan şəhid ailələri və müharibə veteranları səfərdə olublar. Bu haqda 8 mart tarixində şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Səfər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunub. Gəncə şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşkilatçılığı ilə səhiyyə müəssisələrində çalışan şəhid ailə üzvləri, müharibə veteranları, iştirakçıları və Tibb Kollecində təhsil alan müharibə iştirakçıları və qazi tələbələr Qusara yollanıblar. Onlar “Şah-Qusar” istirahət mərkəzində olublar.