Gəncədə bir neçə küçədə işıqlandırma sistemi işləmir. Bu haqda Gencexeber.az-a 23 oktyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Dədə Qorqud küçəsi, 246-248-də yerləşən binaların həyətindən, Qara Qarayev, Həsən Əliyev, Cavad Xan, Sabir Hacıyev küçələrindən və Nizami Gəncəvi prospektindəki 316-318 ünvanlarındakı binaların həyətindən gedir. Adıçəkilən ərazilərdə, ümumiyyətlə, işıqlandırma sistemi mövcud deyil.
“Hava qaralandan sonra ərazilər qaranlığa qərq olur. Axşam saatlarında gedib-gəlməkdə çətinlik çəkirik. Bu küçələrin işıqlandırılmasını arzu edirik”, – deyə sakinlər bildiriblər.