Gəncədə qanun pozuntularına yol verən sürücü saxlanılıb. Bu haqda 13 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində "Moskviç" markalı avtomobillə sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən Eldar Şükürovu saxlayıblar.
Polis əməkdaşları tərəfindən həmin şəxs barəsində müvafiq tədbir görülüb. Məhkəmənin qərarı ilə sürücü 20 sutka müddətinə inzibati qaydada həbs edilib.