Gəncədə atmosfer havasının keyfiyyətinin monitorinqi aparılıb. Bu haqda 31 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər veririk.
Stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, gün ərzində azot-4 oksidin miqdarı Gəncə şəhərində 1,2 dəfə yüksək müəyyən edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, buna səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.