Gəncə regional ASAN xidmət mərkəzində könüllülər maarifləndirmə işlərinə başlayıblar. Bu haqda 1 dekabr tarixində Gəncə ASAN könüllüləri məlumat paylaşıb.
Maarifləndirmə işləri "Rəqəmsal icra hakimiyyəti" - rih.gov.az portalı üzrə aparılır. ASAN könüllüləri ötən həftədən başlayaraq layihənin reallaşdırıldığı Gəncə şəhərində vətəndaşları məlumatlandırırlar.
Qeyd edək ki, Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır.
[caption id="attachment_5788" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]
[caption id="attachment_5789" align="alignnone" width="300"]
Açıq mənbələrdən foto[/caption]