Gəncədə Aqrar Tədqiqatçıların Müzakirə Platformasının seminarı olacaq. Bu haqda 2 fevral tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) məlumat paylaşıb.
Təlim 3 fevral tarixində saat 17:00-da Zoom onlayn platforması üzərindən keçiriləcək. Seminara qoşulmaq sərbəstdir və qeyd olunan linkə keçid etməklə istənilən şəxs iştirak edə bilər. Təlimin mövzusu "Müasir dövrdə ərzaq təhlükəsizliyinin aktual məsələləri: Azərbaycan üçün çağırışlar" olacaq. Tədbirdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış edəcək.
Həmçinin seminar Aqrar Tədqiqatlar Mərkəzinin Facebook səhifəsində canlı yayımlanacaq.