Gəncədə təhsil alan tələbələr Türkiyəyə yollanıblar. Bu haqda 3 avqust tarixində ADAU-ya istinadən məlumat veririk.
Səfər ikili diplom proqramı çərçivəsində baş tutub. Azərbaycan Dövlət Aqrar Universitetinin 40 nəfər tələbəsi İzmir şəhərinə yola düşüblər. Onlar Ege Universitetində bir il oxuyacaqlar. Daha sonra təhsillərini ADAU-da davam etdirəcəklər.