Gəncədə universitet kollektivi tamaşa izləyib. Bu haqda 16 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.
ADAU-nun rəhbərliyinin təşəbbüsü ilə ali təhsil ocağının professor-müəllim heyəti və bir qrup tələbə kollektivi Gəncə Dövlət Dram Teatrında olublar. Qonaqlar üçün "Cavad xan" tarixi dramı nümayiş olunub.
Qeyd edək ki, tamaşada Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıblar. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.