Gəncədə daha bir universitetdə Novruzla bağlı tədbir keçirilib. Bu haqda 16 mart tarixində ADAU-ya istinadən məlumat veririk.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı qeyd olunub. Tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları guşələrlə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsinin professor-müəllim, tələbə və texniki heyətini Novruz bayramı münasibətilə təbrik edib.
Sonra Novruz tonqalı yandırılıb. Bayrama həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib.