Gəncədə bir sıra ağaclar budanıb. Bu haqda Gencexeber.az-a 10 dekabr tarixində məlumat daxil olub.
Sözügedən işlər şəhərin Atatürk prospektində aparılıb. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları qurumuş, sallanaraq piyadaların hərəkətinə maneə törədən budaqları kəsiblər. Daha sonra həmin budaqlar xüsusi texnika vasitəsilə ərazidən daşınıb.