Gəncədə növbəti tenderin nəticələri açıqlanıb. Bu haqda 26 iyul tarixində Fed.az-a istinadən məlumat veririk.
Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi "Mənzil Fondunun əsaslı təmir işləri" ilə əlaqədar Birliyin balansında olan binalarda əsaslı təmir işlərinin satınalınması" üzrə tender keçirib. Müsabiqənin qalibi "Baku Building" MMC olub.
Şirkətə təmir işləri üçün 950 042 manat ödəniləcək.