Gəncədə tanınmış mağazalardan birinə cinayət işi açılıb. Bu haqda 5 avqust tarixində Qaynarinfo-ya istinadən məlumat veririk.
Söhbət "Kontakt Home" mağazalar şəbəkəsinin Gəncə filialından gedir. İddiaçı Əntiqə İbrahim qızı Əhmədovadır.
Vətəndaşın iddiasına Gəncə Şəhər Məhkəməsində baxılacaq. İş hakim Camal Quliyevin icraatındadır. Məhkəmə prosesi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.