Gəncədə universitet əməkdaşı elmi dərəcəyə layiq görülüb. Bu haqda 17 yanvar tarixində UTECA-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universitetinin əməkdaşı fəlsəfə doktoru elmi dərəcəsini alıb. Ali Attestasiya Komissiyasının qərarı ilə universitetin baş müəllimi Hüsnü Kərimova Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası ixtisasında texnika elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.