Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
Gencexeber.az-ın məlumatına görə, doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb.
Qarşılaşmada yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.
Qeyd edək ki, ardıcıl dördüncü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlindəki liderliyini möhkəmləndirib.