Gəncəli idmançı İsraildə bu gün tatamiyə çıxır. Bu haqda 16 fevral tarixində Cüdo Federasiyasına istinadən məlumat veririk.
Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk yarış günü start götürür. Burada ölkəmizi təmsil edən cüdoçular arasında Nizami yurdunun yetirməsi Turan Bayramov da yer alır. O, bu gün -60 kiloqram çəki dərəcəsində tatamiyə çıxacaq.
Yarışı canlı olaraq live.ijf.org saytında izləmək mümkündür.