Gəncədə əməkdaşlıq memorandumu imzalanıb. Bu haqda 3 avqust tarixində ATU-ya istinadən xəbər veririk.
Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov Qəbələ Konserv Zavodunun direktoru Oğuz Demirkıranla görüşüb. Tədbir zavodda baş tutub. Burada kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması haqqında danışılıb və təkliflər irəli sürülüb.
Daha sonra tərəflər əməkdaşlıq memorandumuna imza atıblar.