Gəncədən Türkiyəyə yardım aksiyası davam edir. Bu haqda 18 fevral tarixində Report-a istinadən məlumat veririk.
Zəlzələdən zərər çəkmişlərə yardım məqsədilə daha bir yük maşını qardaş ölkəyə göndərilib. Yardımlar içərisində uşaq bezləri, uşaq yeməkləri, istilik vasitələri, isti paltarlar və digər zəruri əşyalar var.
Qeyd edək ki, zəlzələdən zərər çəkmiş şəxslər üçün yardım kampaniyası növbəti günlərdə də davam edəcək.