Gəncədə kafelərin birində nöqsanlar üzə çıxıb. Bu haqda 14 fevral tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat veririk.
AQTA müfəttişləri şəhər ərazisində monitorinq keçiriblər. Nəticədə Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən "Təndir" kafesində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktları aşkarlanıb.
Qayda pozuntuları ilə bağlı müvafiq tədbirlər görülüb.