“Kəpəz” növbəti rəqibi ilə qarşılaşacaq. Bu haqda 10 fevral tarixində futbol klubuna istinadən məlumat veririk.
Komandamız səfərdə “Turan Tovuz” ilə qarşılaşacaq. Oyun 11 fevral tarixində saat 14:00-da Tovuz şəhər stadionunda təşkil olunacaq. Görüş Misli Premyer Liqasının XXII turu çərçivəsində baş tutacaq.
Matçı canlı olaraq CBC Sport kanalında izləmək mümkün olacaq.