Gəncədən olan iştirakçı respublika müsabiqəsində qalib olub. Bu haqda 11 fevral tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinə istinadən məlumat veririk.
Ötən gün “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib. Ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri, fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak edən 3000 nəfərdən 100 nəfər final mərhələsinə vəsiqə qazanıb. Onlar meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, “balaca fermer” (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə mübarizə aparıblar.
Şəhərimizi təmsil edən Esmira Mustafayeva burada meyvəçilik nominasiyası üzrə iştirak edib. O, müsabiqədə I yerə layiq görülüb. Təmsilçimiz diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.