Gəncədə spartakiada start götürüb. Bu haqda 24 fevral tarixində Gənclər və İdman Baş idarəsinə istinadən məlumat veririk.
“Tələbə sağlamlıq spartakiadası” Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunur. Yarışlar şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilir. Açılış hissəsində bir sıra çıxışlar baş tutub.
Sonra universitet tələbələri arasında voleybol yarışına başlanılıb və Gəncə Dövlət Universiteti birinci yerə çıxıb.