Gəncəli tələbə Türkiyədə dağıntılar altında qalıb. Bu haqda 8 fevral tarixində Baku TV-yə istinadən məlumat veririk.
Şahin Nail oğlu Vəliyev Türkiyənin Malatya şəhərində 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra itkin düşənlərdən biridir. O, azərbaycanlı digər 3 tələbə ilə çoxmərtəbəli binaların birində kirayə qalırdı. O, Malatyadakı İnönü Universitetinin tələbəsidir.
Gəncin anası Esmira Hüseynova sonuncu dəfə oğlu ilə telefonla zəlzələdən bir gün öncə danışdığını deyib. Daha sonra Şahinlə əlaqə qurmaq cəhdləri heç bir nəticə verməyib.
Ötən gün Malatyada dağıntı altında qalan dörd azərbaycanlı tələbənin xilas olunduğu bildirilib. Səfirlikdən verilən məlumata görə isə həmin tələbələrlə bağlı hər hansı bir məlumat yoxdur.