Gəncə şəhərində fəaliyyət göstərən tədris mərkəzi yanıb. Bu haqda 24 yanvar tarixində FHN-ə istinadən xəbər veririk.
Ümumi sahəi 1140 kv.m olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 kv.m sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.