Gəncədə son sutka ərzində üçüncü dəm qazından zəhərlənmə hadisəsi baş verib. Bu haqda 29 noyabr tarixində Apa.az-a istinadən xəbər veririk.
Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. 58 yaşlı Mahirə Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.