Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın verdiyi məlumata əsasən, insident şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb. Yarımtikililərdən birinin həyətində 60 yaşlı Akif Əmrah oğlu Cəlalov 57 yaşlı Hidayət Süleyman oğlu İbrahimovu bıçaqlayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Cəlalov şübhəli qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.