Gəncədə sakin pəncərədən yıxılıb. Bu haqda 15 iyul tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə 27 yaşlı gəncin yaşadığı evdə qeydə alınıb. Sərxoş halda olan Röyal Musayev 2-ci mərtəbənin pəncərəsindən yıxılıb. O, bel fəqərəsinin və qabırğanın sınığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Gəncin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.