Gəncədə sənayenin vəziyyəti açıqlanıb. Bu haqda 9 fevral tarixində Marja-ya istinadən məlumat veririk.
Şəhər Statistika İdarəsi ötən ilin yanvar-dekabr aylarına olan istehsal barədə məlumat paylaşıb. Şəhərimizdə fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 643,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Məhsulun və xidmətlərin 21,7 faizi dövlət sektorunun sənaye müəssisələri, 78,3 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Emal sektorunun müəssisələri tərəfindən olunan istehsalın 25,4 faizini qida məhsulları, 1,9 faizini içki, 49,5 faizini metallurgiya sənayesi, 13,5 faizini avtomobil, qoşqu və yarımqoşquların istehsalı, 9,6 faizini isə digər məhsullar təşkil edib.