Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA məlumat verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Hərəkətdə olan "Qazel" markalı yük avtomobili "VAZ" markalı minik avtomobili ilə toqquşub.
Qəza zamanı 29 yaşlı T.İsmayılov, 18 yaşlı A.İsayeva və Q.İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.